XƏBƏRLƏR Arxiv 2379 Çap et
24.06.2019 / Konfranslar, iclaslar Fiziologiya İnstitutunda “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təlim keçirilib

AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycan Kitabxana İnformasiya Konsorsiumu çərçivəsində təşkil edilən “EBSCOhost platformasında interaktiv axtarış” mövzusunda təlim keçirilib.

EBSCO bazasının üstün cəhətlərindən, bazadan istifadə qaydalarından, termin və məqalələrin istinad göstəriciləri üzrə axtarış üsullarından danışan İnnovativ layihələr şöbəsinin müdiri Cəmilə Yusifova məqalələrin xarici jurnallarda dərc edilməsi üçün doğru nəşriyyatların seçilməsi metodu haqqında məlumat verib. Təşkilatın aparıcı nəşriyyatların elmi resurslarının ən böyük əlaqələndiricisi olduğunu söyləyən  C.Yusifova ABŞ-ın nüfuzlu şirkətlərindən olan EBSCO-nun qısa tarixindən də söz açıb.

C.Yusifova təqdimatda ümumilikdə 20-yə yaxın istiqaməti özündə birləşdirən EBSCO məlumat bazasının təkcə ABŞ və Avropada deyil, dünyanın müxtəlif yerlərində nəşr olunan sənədlərin elektron variantlarını ingilis, fransız, ispan, alman, italyan və s. dillərdə oxuculara təqdim etdiyi bildirilib.

Sonda C.Yusifova tədbir iştirakçılarının suallarını cavablandırıb, onların təklif və iradlarını dinləyib.

 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.physiology.az saytına istinad zəruridir.