EN

RU

AZ

Azərbaycan Milli Elmlər Akademiyası

A.İ. Qarayev adına Fiziologiya İnstitutu

AMEA-nın A.İ.Qarayev adına Fiziologiya İnstitutunun “Hüceyrənin morfofunksional plastikliyi” laboratoriyası


Name Surname(Директор)

Tel: +994555556677

E-mail: info@physiology.az

Web: physiology.az

Laboratoriyanın yaranma tarixi haqqında

“Funksional sitokimya” laboratoriyası 1974-cü ildə akademik H.H.Həsənovun təşəbbüsü ilə akademik C.H.Hüseynovun “Histologiya və histokimya” laboratoriyasının bazası əsasında yaradılmışdır. 1974-1990-cı illərdə SSRİ Tibb elmləri akademiyasının “Beynin struktur funksional əsasları və plastikliyi” və SSRİ EA “Sinir sisteminin fəaliyyətinin əsas prinsipləri” proqramlarına daxil olmuşdur. Bu illərdə (1974-1990) MSS-də qida və su motivasiyası zamanı (aclıq, susuzluq, toxluq və bu reaksiyaların bərpası zamanı) aparılan neyromorfoloji, neyrokimyəvi və histokimyəvi tədqiqatlara əsasən sübut olunmuşdur ki, hipotalamusun spesifik mərkəzləri ilə beyin qabığının hərəki neyronları arasında heyvanların adaptiv davranışını təmin etmək üçün “adaptasiyanin struktur izi” adlanan proqram yaranır və onun əsası isə iz prosesləri ilə əlaqədar olan neyrospesifik zülallardan təşkil olunmuşdur. Eyni zamanda son illərdə MSS-də subhüceyrə orqanoidləri səviyyəsində enerji yaranma və enerji sərfetmə ilə əlaqədar olan fermentlərin miqdarı da tədqiq olunmuşdur – laktatdehidrogenaza, qlutamatdehidrogenaza, suksinatdehidrogenaza, Na, K, Mg ATF-aza fermentləri ilə yanaşı ümümi zülalın, ortakütləli peptidlərin (OMP) miqdarı ilə yanaşı morfoloji tədqiqatlar da aparılmışdır. Bütün bu tədqiqatlar MSS-nin fiziologiyası və sinir hüceyrələrində gedən neyrokimyəvi reaksiyaların mənşəyi, motivasion və emosional, şərti reflektor reaksiyaların əsasında duran enerji yaratma və enerji sərfetmə mexanizmləri, eyni zamanda bu prosesləri idarə edən sinir hüceyrələrinin struktur əsasında zülalların yeniləşmə mexanizmləri durur. Bütün bu faktların dürüstlüyünü sübut etmək üçün fəal və passiv özünüqoruma şərti refleksi modelində ekstremal şəraitdə orqanizmdə təkamüldə yaranmış yaddaş izlərindən istifadə edir. Yəni “adaptasiyanın struktur izləri” dəyişilmiş mühitdə yaşamaq uğrunda “özünüqoruma reaksiyası” mexanizmini işə salır.

Laboratoriyada 2001-2005 illərdə “Postnatal ontogenezdə motivasion və şərtireflektor reaksiyalar yaddaşın saxlanması proseslərin hüceyrəvi və biokimyəvi əsasları” mövzusu üzrə tədqiqatlar aparmışdır. Tədqiqatlar göstərir ki, zülalsız qidalanma tsiklik amin turşularının – triptofan, tirozinin, qlutaminin miqdarının azalmasına və monoaminlərin sintezinin pozulmasına səbəb olur. Bu fonda laktatdehidrogensza fermentinin izoferment spektrinin anaerob fraksiyasının yüksəlməsi, qlükolizin qlükozadan enerji mənbəyi kimi qlikogen, lipid və pentozamonofosfat tsiklinə keçməsini sübut edir. Zülalsız qidalanma zamanı MSS-nin qlutamat turşusuna olan tələbatı qlütamatdehidrogenaza fermentinin iştirakı ilə sulu karbon və yağ turşularının metabolitlərindəki α-, β-oksiyağ turşularından sintezi hesabına təmin olunur.

Zülalsız qidalanmış 3 və 6 aylıq heyvanlarda şərti reflektor fealiyyəti göstərdi ki, qidada zülal çatışmazlığı anadangəlmə və həyatda qazanılmış reflekslər arasında əlaqələrin pozulmasına səbəb olur, onun icra olunmaması filogenetik yaddaşın pozulması ilə əlaqədardır.

Laboratoriya müdiri haqqında

Əskərov F.B. 1962-1965-ci illərdə Azərbaycan Respublikasının EA A.İ,Qarayev adına Fizioilogiya İnstitutunda biokimya ixtisası üzrə aspiranturada oxumuş (əyani) və 1966-cı ildə müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə etmişdir.

1965-ci ildən İnstitutda çalışır. Əvvəlcə kiçik elmi işçi, sonra isə baş elmi işçi işləmiş, 1974-cü ildən “Funksional sitokimya” laboratoriyasının, 2016-ci ildən isə “Hüceyrənin morfofunksional plastikliyi”  laboratoriyasının rəhbəri vəzifəsində çalışır. 1994-2005-ci illərdə ADTU-nun elmi tədqiqat mərkəzində “Morfologiya və elektron mikroskopiya” şöbəsinin və 1995-2007-ci illərdə AMEA rəyasət heyyətinin qərarı ilə ictimai əsaslar üzrə “Neyrofiziologiya” şöbəsinin də rəhbəri işləmişdir.

Əskərov F.B. 1991-ci ildə Kiyev şəhərində Boqomolets ad. Fizioloqiya İnstitutunda “Qida və su motivasiyası zamanı hipotalamusun nüvələrində adaptiv-kompensator reaksiyaların morfokimyəvi qanunauyğunluqları” mövzusu üzrə doktorluq dissertasiyası müdafiə etmişdir. 1999-2001-ci illərdə Türkiyə respublikasının Van şəhərində yerləşən “Yüzüncü yıl” Universitetində Tubitak xətti ilə NATO proqramı üzrə məsləhətçi işləmişdir.

Üç monoqrafiyanın müəllifidir. Institutda işlədiyi müddətdə daxili və xarici mətbuatda 329 elmi iş dərc etdirmiş, 28 xarici ölkədə konfrans, simpozium, konqresdə məruzə ilə çıxış etmişdir. Rəhbərliyi ilə “İnsan və heyvan fiziologiyası” ixtisasından 15 nəfər biologiya üzrə fəlsəfə doktoru, 4 nəfər isə biologiya üzrə elmlər doktoru elmi dərəcəsi almışdır. Hazırda 1 doktorantın elmi rəhbəridir, 1 nəfər isə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmişdir. 3 nəfər biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işlərinin təcrübi hissəsini yekunlaşdırmışdır.

Əskərov F.B. İnstitutun ictimai işlərində yaxından iştirak edir, o institutun “Əmək Veteranları Şurası”nın sədri, AMEA-nın “Əmək Veteranları Şurası”nın Rəyasət heyətinin üzvüdür.

Laboratoriyanın əsas fəaliyyət istiqamətləri

Qida və su motivasiyası zamanı limbika-retikulyar törəmələrin morfokimyəvi xüsusiyyətləri;

Qida və su motivasiyası zamanı MSS-nin inteqrativ-işəsalma sistemində xolinergik, adrenergik mediator sistemlərin xüsusiyyətləri;

MSS-nin inteqrativ və işəsalma törəmələrində hormonların enerji yaranma və enerji sərfetmə ferment sisteminə təsiri;

Qida və su motivasiyasının MSS-də zülalların sintezi və yeniləşmə xüsusiyyətlərinə təsiri;

Zülal aclığının MSS-nin neyron və qliya hüceyrələrində zülalların miqdarına, konsentrasiyasına təsirinin xüsusiyyətləri;

Vitamin aclığının MSS-də enerji yaranma və enerji sərfetmə müxanizminə təsirinin xüsusiyyətləri;

Zülal və vitamin aclığının siçovulların şərti reflektor və emosional reaksiyalarının tənzimi mexanizmlərinin xüsusiyyətləri.

Əsas elmi nəticələr

Aparılan tədqiqatlardan belə bir ümumi nəticəyə gəlmək olar ki, qidada zülal çatışmazlığı beynin möhkəmləndirici sistemində refleks qövsünün yaranması prosesini pozur. Onu da nəzərə almaq lazımdır ki, motivasion, emosional və şərti reflektor reaksiyaların struktur əsasını təşkil edən qabıq neyronlarının (III-IV qat) səviyyələrində yaranan müvəqqəti əlaqənin əsasında neyronların reaktivliyi mediatorlarla, plastikliyi isə suda həllolan zülallarla tənzimlənir.

Laboratoriyada 2006-2010-cu illərdə “Vitamin və mikroelementlərin MSS-də enerji mübadiləsinə tənzimləyici rolu” mövzusunun tədqiqi göstərdi:

-vitaminli qidalanma, enerji yaratma və enerji sərfetmə mexanizmlərini sürətləndirdiyi halda, vitaminlərsiz qidalanma bu maxanizmləri zəiflədir.

-vitaminsiz qidalanma fonunda şərti reflektor fəaliyyətin tədqiqi göstərdi ki, vitaminsiz qidalanma “adaptasiyanın struktur izlərini” spesifik mexanizmlərinin formalaşmasına səbəb olur. Bu da öz növbəsində orqanizmin daxili mühitini və xarici şərait dəyişikliklərinə konkret adekvat cavab verməsinə səbəb olan özünü qoruma reaksiyalarının anadangəlmə komponentlərini fəallaşdırır.

— 30 sutka müddətində yağda və suda həllolan vitaminlərin çatışmazlığı fonunda beynin ayrı-ayrı nahiyələrində və gözün torlu qişasında Na, K və ATF-aza fermentinin aktivliyinin aşağı düşməsi, distrofik proseslərin qeydə alınması, instinktiv reaksiyaların ləngiməsi plazmatık membran səviyyəsində ion keçiriciliyinin zəifləməsi və reseptorların desensitizasiyası ilə əlaqədardır.

— 30 sutka müddətində yağda həllolan vitaminlərin çatışmazlığı fonunda tədqiq olunan baş beyin nahiyələrində qlütamatdehidrogenaza və laktatdehidrogenaza fermentlərinin müxtəlif neyron kompartmentlərində yüksəlməsi mexanizmi sida həllolan vitaminlərlə tənzimlənir.

— vitaminsiz qidalanma “adaptasiyanın struktur izlərinin” spesifik mexanizmlərinin formalaşmasına səbəb olur, bu da öz növbəsində orqanizmin daxili və xarici şəraitinin dəyişikliklərinə konkret adekvat cavab verməsinə səbəb olan “özünü qoruma reaksiyalarının” anadangəlmə komponentlərini fəallaşdırır.

Yağda həllolan vitaminlərsiz qida almış heyvanlarda müsbət emosional vəziyyət yaranır, yuva instinkti və qorxu hissi zəifləyir, şərti reflektor fəaliyyəti güclənir. Suda həllolan vitaminlərsiz qida almış heyvanlarda anadangəlmə özünüqoruma refleksi güclənir və yaranan mənfi emosional vəziyyət fonunda qeyri-fəal özünü xilasetmə şərti refleksinin yadda saxlama müddəti qısalır, fəal formada özünü xilasetmə şərti refleksinin yadda saxlama müddəti isə kəskin şəkildə uzanır.

Son illərin tədqiqatları göstərir ki, ekstremal şəraitdə orqanizm təkamüldə yaranmış yaddaşın izlərindən istifadə edir, yəni “adaptasiyanın struktur izlərinin” dəyişilmış mühitdə yaşamaq uğrunda “özünü qoruma reaksiyası” mexanızmlərini işə salır. Hər iki mexanızm orqanizmin filogenetik inkişafı gedişində formalaşmışdır.

— “Adaptasiyanın struktur izləri” zülal mübadiləsi funksiyalarının son nəticəsidir, “özünü qoruma reaksiyası” isə enerji mübadiləsinin təzahürüdür. Əgər birinci iz mexanizmlərinin formalaşmasının əsasında durursa və neyronların struktur plastikliyini qoruyursa, ikinci fərdin yaşamasının uyğunlaşma davranışının enerji təminatı mexanizmlərinin əsasını təşkil edir.

Laboratoriyada çalışanların sayı

Hal-hazırda laboratoriyada 8 nəfər əməkdaş çalışır. Onlardan: iki nəfər elmlər doktoru, bir nəfər fəlsəfə dokrotu, üç nəfər elmi işçi, bir nəfər kiçik elmi işçi və bir nəfər də laborant vəzifələrində çalışırlar.

Laboratoriyanın yerli və xarici əlaqələri

Hal-hazırda Türkiyə respublikasının Van şəhərində yerləşən “Yüzüncü yıl” Universitetinin tibb fakultəsi ilə, Rusiya Federasiyasının Tibb elmlər akademiyasının “Nevroloji mərkəzi” və Kazan Tibb universiteti ilə elmi əlaqələrımiz var.

Laboratoriya müdirinin əlaqə vasitələri

İş tel. (+99412) 432-33-87; Ev tel. (+99412) 551-56-77;

@-mail: fbaskerov@box.az

 

“Hüceyrənin morfofunksional plastikliyi”

lab-nın rəhbəri, b.e.d., prof.                                         Əskərov F.B.